Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? – Girovların yaxınları danışdı

“Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? – Girovların yaxınları danışdı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində  Ermənistan tərəfindən saxlanılan şəxslərlə – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb.
Modern.az görüşün detalları, ailələrə hansı məlumatların çatdırıldığını öyrənmək üçün Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları ilə əlaqə saxlayıb.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a bildirib ki, Komitə başçkmə barədə ona məlumat verib:

“Bildirdilər ki, Komitə nümayəndələri öz mandatına uyğun olaraq sentyabr ayında  atamgillə görüşüblər. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş baş tutduqdan dərhal sonra ailələrin narahatlığını nəzərər alaraq, Komitə əməkdaşları mənimlə əlaqə saxlayıblar. Bildirdilər ki, “atanızla görüşmüşük, səhhəti normaldır, narahat olmayın. Əlavə məlumatlar-məktub, video olub-olmadığı ilə bağlı yaxın günlərdə sizə məlumat verəcəyik”. Biz də onlardan yeni məlumatlar gözləyirik”.
K.Əsgərov həmçinin Azərbaycan tərəfinin Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların dəyişdirilməsilə bağlı təkliflərilnə dair fikirlərini də bölüşüb:

“Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi və aidiyyatı dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri girovların azad olunması istiqamətində müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda daimi olaraq məsələ qaldırırlar. Mən inanıram ki, cənab Prezidentin apardığı siyasət nəticəsində atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdiriləcəklər. Bildiyiniz kimi, Rusiya və Ukraynada da “hamının-hamıya” prinsipilə dəyişdirilmə prosesi baş tutdu.
Ermənistan baş nazirinin köməkçisi bu yaxınlarda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin istisna olmadığını açıqladı. Ermənistanın müdafiə naziri belə bir açıqlama verdi ki, Azərbaycanda saxlanılan erməni diversantların Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə razıdır. Dərhal sonra Ermənistanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirdirərək, dəyişdirilmə prosesini dəstəklədiklərini bəyan etdi. Mən ümid edirəm ki, yaxın vaxtlarda Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsinə nail olacaq. Və Dilqəm Əsgərovla Şahbaz Quliyev Azərbaycanda Azərbaycana gələcəklər”.
Şahbaz Quliyevin qardaşı Manaf Quliyev də Modern.az-a açıqlamasında qardaşı barədə Komitə tərəfindən məlumatlandırıldığını qeyd edib:

“Ötən həftə görüşüblər. Amma hələlik məktub almamışıq. Bildirdilər ki, yaxın günlərdə bu barədə məlumat veriləcək”.

Girovların erməni diversantlarla dəyişdirilməsilə bağlı məlumatlara gəlincə, M.Quliyev belə müzakirələrin ilk dəfə aparılmadığını diqqətə çatdırıb:

“Belə müzakirələr çox olub, amma hamısı da nəticəsiz qalıb. Bizimkilər deyir “dəyişək”, amma görünən odur ki, ermənilər razı deyil. Danışıqlar getsə belə, bu barədə bizə məlumat verilməyib, nə də bizimlə məsləhətləşən var. Qardaşımgil artıq 5 ildir düşmən əlindədir, bu qədər dözüblər, çox əzab çəkiblər. Qardaşımın geri qayıtmağını çox arzulasam da, nədənsə nagümanam. Düşmənə arxayın ola bilmirəm”.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqdar Dövlət Komissiyası növbəti dəfə -11 sentyavr 2019-cu ildə Ermənistan tərəfinin işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər – Azərbaycanda terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə ordumuza təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olması barədə aidiyyəti beynəlxalq təşkilatlara rəsmi məlumat verib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Qarabağda qurulan  “məhkəmə” qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …