Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Qız yetimçiliklə böyümüşdü” – Təranə və bibisinin qətlinin təfərrüatı+Video

“Qız yetimçiliklə böyümüşdü” – Təranə və bibisinin qətlinin təfərrüatı+Video

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda ağır cinayət törədilib.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 41 yaşlı Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov münaqişə zəminində onu və orada olan bibisi 85 yaşlı Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb. Vaqif Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında Vaqif Hüseynov xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsi yoxdur.

Qonşuların sözlərinə görə, Təranə İsmayılova azyaşlı olarkən valideynlərini itirib. Bundan sonra o, bibisi Luiza İsmayılovanın himayəsində qalıb. Təranə İsmayılova bir neçə ay əvvəl Vaqif Hüseynovla ailə həyatı qurub.

Xəzərxəbər-ə danışan qonşular Vaqif Hüseynovun tüfeyli həyat sürdüyünü bildirməklə yanaşı, xəyanət iddialarını yalanlayıblar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …