Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Aktual / Qiymət artımı xəbərləri ilə bağlı – Açıqlama

Qiymət artımı xəbərləri ilə bağlı – Açıqlama

Bəzi Kütləvi İnformasiya Vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.

Tarif Şurasından “Qafqazinfo”ya daxil olan məlumata görə, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və Şurada hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.

Həmçinin oxuyun

Gürcüstandan Azərbaycana pivə ixracı 13% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 313,2 ton pivə ixrac edib. Bu barədə APA-nın yerli …