Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Aktual / Qırmızı Bazar istiqamətində yanğın başlayıb

Qırmızı Bazar istiqamətində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli rayonunda baş verən yanğınla bağlı daha bir məlumat yayıb. 30 iyun 2021-ci il tarixində nazirliyin “112” qaynar telefon xəttinə rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

https://youtube.com/watch?v=oAJ7GJJLyuY%3Frel%3D0%26color%3Dwhite%26hl%3Daz

***30.06.2021 17:07

Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Azərbaycanda qohum olan məmur və deputatlar – SİYAHI

Onların arasında yüksək rütbəli məmurlar da var Dünya şöhrətli psixoloq Luiza Hey “Öz həyatını necə …