Cümə , Sentyabr 30 2022
Ana səhifə / Aktual / Qırğızıstan-Tacikistan sərhəddində gərginlik: Ölən var (YENİLƏNİB)

Qırğızıstan-Tacikistan sərhəddində gərginlik: Ölən var (YENİLƏNİB)

Tacikistan-Qırğızıstan sərhədinin bütün perimetrində vəziyyət gərgin olaraq qalır.

“Unikal” xəbər verir ki, Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.

Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.

***10:45

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin getdiyini açıqlayıb. 

“Unikal” xəbər verir ki, bu barədə  “RİA Novosti” məlumat yayıb.

“Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir”, – deyə QKNB bildirib. 

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar “Tacikistanın hərbi təcavüzünü” dəf etməkdə davam edirlər.

Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 16-da səhər saatlarında başlayıb. Qırğızıstanın sərhəd idarəsi bildirib ki, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Öz növbəsində Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, Qırğızıstan sərhəd dəstəsinin hərbçiləri müqavilənin şərtlərini pozaraq Tacikistanın “Düşənbə” sərhəd zastavasını ağır silahdan atəşə tutublar.

Bundan əvvəl Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 18 Qırğızıstan vətəndaşının yaralandığını bildirmişdi.

***10:10

Qırğızıstan və Tacikistan nümayəndələri danışıqlar aparıb və sərhəddə atəşkəs barədə razılığa gəliblər.

“Unikal” xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti (PS) məlumat yayıb.

Tərəflər saat 10:00-dan atəşkəs barədə razılığa gəliblər.

Səhər 06:25 radələrində iki ölkə sərhədində atışma olub. Tərəflər ardıcıl olaraq bir-birini münaqişəni gərginləşdirməkdə ittiham edir.

Qırğızıstan Tacikistanı sərhəddə “xain hücumda” günahlandırıb, Tacikistan isə atəşə başlayanın Qırğızıstan tərəfi olduğunu bildirib.

Atışmalardan sonra Tacikistanla sərhəddə yerləşən qırğız kəndlərinin boşaldılmasına başlanılıb.

Həmçinin oxuyun

Paşinyan Praqaya sülh sazişinin ilkin versiyası ilə gedir?

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-sı Praqaya …