Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / Qida Təhlükəsizliyi Agentliyi: whatsapp-da yayılan səs yazısındakı məlumatlar əsassızdır

Qida Təhlükəsizliyi Agentliyi: whatsapp-da yayılan səs yazısındakı məlumatlar əsassızdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib.

AQTA-dan “Report”a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: “Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.

Həmçinin oxuyun

Yeni nazir rəisi vəzifəsindən azad etdi – Nöqsanlara görə

Samux rayon Polis Şöbəsinin rəisi polkovnik Akif Nəbiyev vəzifəsindən azad edilib.Oxu.az-ın məlumatına əsasən, A.Nəbiyevin vəzifəsindən …