Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Qeysəriyyə əməliyyatlarının pərdəarxası məqamları: Tanınmış cərrahdan şok faktlar…

Qeysəriyyə əməliyyatlarının pərdəarxası məqamları: Tanınmış cərrahdan şok faktlar…

Dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının sayı son 10 ildə 10 dəfə artıb. Azərbaycan da bu baxımdan istisna deyil. 30-35 il bundan əvvələ kimi qeysəriyyə əməliyyatı çox nadir hallarda reallaşırdısa,  bu gün artıq   körpələrin təbii doguşla dünyaya göz açması  az qala nadir hadisəyə çevrilib. Belə ki, hazırda hər 10 körpədən 7-si əməliyyat yolu ilə doğulur.  Qeysər kəsiyi əməliyyatın ana və körpəyə ziyanı haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki dəfələrlə bu barədə deyilib, yazlb.  Məsələn, təcrübəli həkimlərin sözlərinə görə,  qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və anaya yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır. Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur. Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır. Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar. Qeysəriyyə əməliyyatı ilə  dogulan usaglarda diareya 46%, qida allergenlərinə yaranmış həssaslıq ise 106% təskil edir. Ana isə qarın bosluğu, uşaqlıq kimi orqanlarından ziyan görə bilər, infeksiya, yaralanma hallar baş bilər. Eseb pozğunluğu halalranı da çox rast gelinir. Qeysəriyyə ilə doğulan uşağlarn astma kimi tənəffüs xəstəliklərinə normal yolla olan uşaqlardan 7 dəfə cox  tutulma riski var. Qısaca desək, bu üsul qadınların dünyaya iki, maksimum 3 uşaq gətirməsinə səbəb olur. 

Bəs niyə bütün ziyan və təhlükə  risqlərinə rəğmən, körpələrin əməliyyat yolu ilə dünyaya gəlməsi halları getdikcə artır? Buna səbəb nədir – həkimlərin çox qazanmaq ehtirası, səriştəsizlik və təcrübənin olmaması, yoxsa ətraf mühitdə baş verən dəyişiklər?

Uzun illər M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında  şöbə müdiri kimi fəaliyyət göstərmiş tanınmış cərrah, hələ SSRİ zamanından  son illərə qədər  çətin keçən  doğuş və digər cərrahiyyə əməliyyatlarını etmək üçün helikopterlə bölgələrə, ucqar kəndlərə  göndərilən, həkimlərin atestasiyası zamanı tələb onunan 90 balı toplamasına baxmayaraq, yaş senzinə görə işindən uşaqlaşdırılan təcrübəli həkim-cərrah Zilxumar Abbasova bu suallarımızı cavablandırarkən qeyd edilən, o cümlədən digər amillərin də sözügedən problemin yaranmasına  bu və digər şəkildə təsir göstərdiyini  bidirdi:

-Həkimlərin savadsızlığı, təcrübəsizliyi, daha çox pul qazanmaq istəyindən tutmuş, ətraf mühit, qeyri-sağlam həyat tərzi və s. nəticəsində təbii doğuş getdikcə azalır. Amma indiki gənc anaları 30-25 il əvvəlki  qadınlarlarla müqayisə etmək düzgün deyil. O dövrdə qadınlar daha sağlam idi. Gün ərzində daha çox fiziki işlər görür  və sağlam qidalanırdılar. Amma  hazırda çox nadir hallarda güclü orqanizmə malik qadınlara rast gəlmək olur. Bu gün gənclərin orqanizminin, immunitetinin  zəifləməsində, qidadan tutmuş geyimə və  ətraf mühitin zəhərlənməsinə qədər bir çox amillər rol oynayır.

Elə qidalanmanı və  həyat tərzini götürək. İndi gənclər daha çox fəst-fud yeməklərə üstünlük verir, dar geyimlər geyinir, daha az hərəkət edirlər.  Bütün gün telefon əllərindən yerə düşmür, komputer arxasnda saatlarla oturaraq  özlərini orqanizm üçün zərərli şüalanmaya məruz qoyurlar. Hamilə qadınlar daha çox açıq havada olmalı, bacardıqca çox hərəkət etməli, fiziki işlərlə məşqul olmalıdırlar. Amma bütün günü evdən çölə çıxmırlar. Ya seriallara tamaşa edir ya da telefonda oyun oynayırlar.

Digər tərəfdən, çölə çıxıb təmiz hava almaq da mümkün deyil artıq. Siz  bircə paytaxtın havasına fikir verin. Bakı dünyada ən çirkli havası olan şəhərlər arasında ön yerlərdən birini tutur. Paytaxtın  bitki örtüyü məhv edilir, yerinə göydələnlər ucaldılır. Ekoloji baxımdan daha təmiz olan tramvay və troleybuslar götürüldü, yerini havaya zəhər püskürən avtobuslar tutdu. Son 30 ildə paytaxt küçələrində hərəkət eden avtomobillərin sayı rekord həddə çatıb. Mən hələ regionları demirəm. Ölkənin meşələrinə divan tutulur, flora və faunası məhv edilir. İnsan hərisliyi o həddə çatıb ki, ölmüş heyvanların cəmdəyini , o cümlədən at, it, eşşəkləri də kəsib ətini əhaliyə satırlar.

Son illər dərman bazarında müşahidə olunan xaos da bu problemə öz töhfəsini verməkdədir. Məınşəyi, hardan gətirildiyi bilinməyən köhnə, yararsız  dərmanlar da  müxtəlif orqanların sıradan çıxmasına gətirib çıxarır. Bütün bunlar ümumilikdə  insanların orqanizminə öldürücü təsir göstərir. Gənc qadınlar təbii yolla dünyaya uşaq gətirmək qabiliyyətini itirirlər. Son illər ana və uşaq ölümlərinin sayının armasında bütün bu amillər ciddi rola malikdir. Buna görə də bəzən uşaqda, bəzən isə anada yaranan problemlər qeysəriyyə əməliyyatnı qaçılmaz edir. Bu halda təbii doğuşun olmasını israr edən  valideynlər uşaq və ya ananın ölümünə səbəb olurlar. Onların əsas ərqumenti “bizim zamanımızda körpələr təbii yolla dünyaya gəlirdilər”olur. Amma dərk etmirlər ki, artıq onların zamanı deyil və indiki mühit və şərait öz sözünü diqtə edir. 

İkinci ən böyük səbəb əksər gənc tibbi kadrların savadsızlığı və səriştəsizliyidir. İndi maşa ilə işləməyi bacaran ginekoloq -həkim demək olar ki, yox dərəcəsindədir. Halbuki mən özüm dəfələrlə bu vasitə ilə körpənin  sağlam doğulmasını təmin etmişəm. Gənc   kadrların bir çoxu  təbii doğuş qəbul etməkdən qorxurlar. Çünki hər bir uşaq və ana ölümü, hətta onların gunahı ucbatından baş verməsə belə həkimlərə “baha” başa gəlir. Buna görə də daha az risq tələb edən əməliyyata üstünlük verirlər. Halbuki, hər sey mövcud duruma əsasən yoluna qoyulmalıdır. Əgər ana və körpəsi üçün təhlükə yoxdursa, əməliyyata lüzum yoxdur. Təcrübəli həkim -ginekoloq təbii doğusu rahatlıqla həyata keçirə bilir. Yox, əgər ikisindən birinə və ya hər ikisinin həyatına təhlükə yaranmışsa risq etməyə dəyməz, xəstə mütləq cərrahiyyə masasına qaldırılmalıdır. Bəzən 9 ay ərzində hamilə qadında və körpəsində hec bir problem olmur. Lakin sonda müxtəlif problemlər ortaya çıxır. Təzyiq yüksək həddə qalxır, körpənin göbək bağı boynuna dolanır və s. Təhlükəli durumlarda əməliyyatdan başqa yol qalmır. O cümlədən  təbii doğuşun qeyri-mümkünlüyü (dölün başı və qadının çanaq ölçülərinin uyğunsuzluğu, doğuş yollarında maneələr, şişlər, dölün alın, üz, köndələn gəlişi), ananı və ya körpəni xilas etmək üçün doğuşu tez bitirmək zərurəti (qanaxma, uşaqlığın cırılma təhlükəsi, dölün kəskin bətndaxili hipoksiyası (oksigen çatışmazlığı), hamiləliyin davamı ana və ya körpə üçün təhlükəlidirsə, onun məcburi dayandırılması (ağır nefropatiya, ciftin qanaxma ilə qismən qopması), qadının bəzi somatik xəstəlikləri əməliyyatla müdaxiləni zəruri edir.

“Pul” amili də sözsüz ki, burada az rol oynamır.  Bəzi vicdanını itirmiş həkimlər təbii doğuşu mümkün olan qadınları daha çox pul alsınlar deyə müxtəlif bəhanələrlə qorxudaraq əməliyyata yönəldirlər. Buna görə də, qeysəriyyə kəsiyi əməliyyatına qərar verməzdən əvvəl hər bir hamilə qadın həkimi ilə birgə bu əməliyyatın risk və üstünlüklərini ölçüb-biçməlidir. Çünki  normal doğuşda ana və uşaq daha az riskə məruz qaldıqları halda, ilk baxışdan asan görünən  qeysəriyyə əməliyyatında bu riskin səviyyəsi daha yüksək ola bilər.

moderator.az

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT