Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Qazyumov finalda: Əliyev rusa qarşı – Canlı yayım

Qazyumov finalda: Əliyev rusa qarşı – Canlı yayım

Bu gün Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları keçiriləcək.

 

Axar.az xəbər verir ki, yarışlarda 4 güləşçimiz qüvvəsini sınayacaq.

 

57 kq çəki dərəcəsində Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşacaq.

 

65 kq  çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşəcək.

 

74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayacaq.

 

97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşəcək.

 

10:27

 

65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşüb. O, gərgin keçən görüşdə rəqibini 3-1 məğlub edib.

 

10:37

 

Təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.

 

10:54

 

Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib. Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşacaq.

 

11:19

 

Sərbəst üsulla güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Sava ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.

 

11:31

 

Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayıb. O, rəqibini 4-0 məğlub edib.

 

12:19

 

Cəbrayıl Həsənov 1/4 finalda türkiyəli Soner Dəmirdaşla görüşüb. O, rəqibinə 5-0 məğlub olub.

 

12:22

 

Təmsilçimiz Xetaq Qazyumov 1/8 finalda moldovalı Nikolay Ceban ilə görüşüb. O, rəqibini 3-0 məğlub edib.

 

12:33

 

Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib.

 

13:03

 

Təmsilçimiz Xetaq Qazyumov 1/4 finalda bolqar İbrahim Səidau ilə görüşüb. O, rəqibini 3-1 məğlub edib və yarımfinala yüksəlib.

 

13:06

 

Toğrul Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib və yarımfinala yüksəlib.

 

13:32

 

Təmsilçimiz Xetaq Qazyumov yarımfinalda rus Əbdüsalam Qadisovla görüşüb. O, rəqibini 3-1 məğlub edib və finala yüksəlib.

 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın