Bu gün Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları keçiriləcək.
Axar.az xəbər verir ki, yarışlarda 4 güləşçimiz qüvvəsini sınayacaq.
57 kq çəki dərəcəsində Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşacaq.
65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşəcək.
74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayacaq.
97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşəcək.
10:27
65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşüb. O, gərgin keçən görüşdə rəqibini 3-1 məğlub edib.
10:37
Təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.
10:54
Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib. Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşacaq.
11:19
Sərbəst üsulla güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Sava ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.
11:31
Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayıb. O, rəqibini 4-0 məğlub edib.
12:19
Cəbrayıl Həsənov 1/4 finalda türkiyəli Soner Dəmirdaşla görüşüb. O, rəqibinə 5-0 məğlub olub.
12:22
Təmsilçimiz Xetaq Qazyumov 1/8 finalda moldovalı Nikolay Ceban ilə görüşüb. O, rəqibini 3-0 məğlub edib.
12:33
Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib.
13:03
Təmsilçimiz Xetaq Qazyumov 1/4 finalda bolqar İbrahim Səidau ilə görüşüb. O, rəqibini 3-1 məğlub edib və yarımfinala yüksəlib.
13:06
Toğrul Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib və yarımfinala yüksəlib.
13:32
Təmsilçimiz Xetaq Qazyumov yarımfinalda rus Əbdüsalam Qadisovla görüşüb. O, rəqibini 3-1 məğlub edib və finala yüksəlib.