Şənbə , Avqust 13 2022
Ana səhifə / Aktual / Qazinin ölümündə günahlandırılan icra başçısı ilə bağlı maraqlı məlumatlar – 14 ildir ki…

Qazinin ölümündə günahlandırılan icra başçısı ilə bağlı maraqlı məlumatlar – 14 ildir ki…

Vətən müharibəsinin qazisi, 3-cü qrup Qarabağ əlili, 35 yaşlı Elvin Cəfərovun özünü yandırması nəticəsində vəfat etməsi Sabirabad rayon İcra Hakimiyyətini ciddi tənqid hədəfinə çevirib. İcra başçısı Siraqəddin Cabbarov bugünkü açıqlamasında hadisənin onlarla əlaqələndirilməsini təkzib edib və qazinin psixoloji problemlərinin olduğunu qeyd edib.  Həmçinin, onun daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən biri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun dosyesini təqdim edirik:

Cabbarov Siraqəddin Nəcəf oğlu – 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlayıb və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkarlar komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib.

25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı postunda çalışıb.

Ölkə başçısının 17 may 2019-cu il tarixli sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

21 dekabr 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeni, 14 dekabr 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.

Həmçinin oxuyun

Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda DTX-nin həbs etdiyi məmurlar – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Mürsəlov Gədəbəy rayonunun icra …