Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Qazaxıstan prezidenti 6 azərbaycanlını təltif etdi

Qazaxıstan prezidenti 6 azərbaycanlını təltif etdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin inkişafında göstərdiyi xidmətərlə görə 6 azərbaycanlını müxətlif orden və medallarla təltif edib.
Report-a istinadən xəbər verir ki, onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata – 2-ci dərəcəli “Dostluq” medalına layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndələrinə verilən ən yüksək mükafatdır.
Eyni zamanda təltif olunanlar sırasında müxtəlif sahələrdə çalışan Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev,  Faiq Mahmudov, Faiq BayramovAllahqulu Cəfərov da var.
Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Son illər Prezident Nursultan Nazarbayev Azərbaycan icmasına xüsusi diqqətilə də yadda qalıb. Parlament və yerli məslixata seçkilərdə azərbaycanlıların seçilməsi bunu bir daha sübut edir. Qazaxıstan Xalqlar Assambleyasının açıqlamasına görə dövlət mükafatları alanlar arasında elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahəsində çalışanlar, o cümlədən yüksək çinli məmurlar da var.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …