Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qazaxıstan Azərbaycan ərazisindən neft ixrac edəcək?

Qazaxıstan Azərbaycan ərazisindən neft ixrac edəcək?

Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirə bilər.

Bunu Trend-ə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.

K.Bozumbayevin sözlərinə görə, hazırda bu məsələ gündəlikdə deyil. Lakin gələcəkdə bu cür tədarük imkanı istisna olunmur: “Hazırda Qazaxıstanın kifayət qədər ixrac gücü olduğu üçün Azərbaycan vasitəsilə tranzit məsələsi gündəlikdə deyil. Amma gələcəkdə Qazaxıstanda karbohidrogen xammalının hasilatının artması ilə, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracının iqtisadi məqsədəuyğunluğu müəyyən olunarsa, bu məsələ maraqlı tərəflərlə nəzərdən keçirilə bilər”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …