Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Qaz çəkdirmək pulsuz olacaq – Rövnəq Abdullayev

Qaz çəkdirmək pulsuz olacaq – Rövnəq Abdullayev

Zaqatala royununun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib.

Cebhe.info xəbər verir ki, Neft Şirkətinin rəhbəri bildirib ki, yeni sistəmə görə, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər “ASAN Xidmət” vasitəsilə həyata keçiriləcək.

Rövnəq Abdullayevin sözlərinə görə, artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla “ASAN Xidmət”ə müraciət edib çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək.

Yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri-qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …