Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Qaydalara əməl olunmasa yoluxma 7-10 günə artmağa başlayar – ÜST-dən Azərbaycana xəbərdarlıq

Qaydalara əməl olunmasa yoluxma 7-10 günə artmağa başlayar – ÜST-dən Azərbaycana xəbərdarlıq

“İctimai səhiyyə ilə bağlı görülən tədbirlər insanların sağlamlığını qorumaq üçündür. Azərbaycan koronavirusun qarşısını almaq üçün ən tez tədbir görən ölkələrdən biridir”.
Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O bildirib ki, martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalmağa başlayıb: 
“Sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb. Bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, tez əvvəlki həyata dönsələr, say artacaq. Əgər insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Əhalinin etməli olduğu vacib şey fiziki məsafə saxlanması, əllərin tez-tez yuyulmasıdır”.

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …