Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / QAXIN MÜSTƏQİL NAMİZƏDLƏRİ – PAŞA MƏMMƏDOV YAP-I TƏRİFLƏYİR, ƏHMƏD ŞAHİDOV İSƏ…

QAXIN MÜSTƏQİL NAMİZƏDLƏRİ – PAŞA MƏMMƏDOV YAP-I TƏRİFLƏYİR, ƏHMƏD ŞAHİDOV İSƏ…

Yeni Azərbaycan Partiyası namizədliyə irəli sürdüyü adamların adını açıqladıqdan sonra, bir sıra dairələrdə mübarizə daha da qızışıb.  Analoji vəziyyət 112 saylı Qax seçki dairəsində yaşanır.  Həmin dairədən YAP-ın o qədər də nüfuzlu olmayan bir namizədini irəli sürməsi digər namizədlərin əl-qolunu açmış olub. Xüsusilə də gözlənilənlərin əksinə olaraq, tanınmış məmur – Əhməd Əhmədzadənin Cuma adlı oğlunun YAP sırasından  namizəd göstərilməməsi dairədə yeni abu-hava yaradıb. Həmin dairədən iki dəfə mandat qazanan  iş adamı Azər Kərimlidən də bir xəbərin olmaması hələlik mübarizənin iki gənc namizə arasında getdiyi təəssüratını yaradır.

Onlardan biri , Azərbaycanın Dubaydakı keçmiş vitse konsulu, Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov noyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa namizəd olub.

Digəri isə, tanınmış hüquq müdafiəçisi, Əhməd Şahidovdur. Hər iki namizəd əslən qaxlıdır.

Hər iki gəncin seçkiqabağı davranışlarına fikir verəndə belə qənaətə gəlmək olar ki,  meydana çıxacaq 3-cü güclü namizədlə onların mübarizə aparması çətin ola bilər. 

Paşa Məmmədovun seçki piarında bir sistemsizlik nəzərə çarpır. Əvvəl o, onunla mübarizə aparacaq şəxsləri ermənilərlə eyniləşdirdi, hətta bununla bağlı xüsusi bəyanat yayacağına da söz verdi. Ancaq bu məsələnin media tərəfindən təqib edildiyini görən namizəd deyəsən, fikirindən vaz keçməli oldu. Paşa Məmmədov sonra əvvəllər çalışdığı Xarici İşlər Nazirliyini tənqid atəşinə tutdu, ancaq nədənsə həmin mətləblər arasında özünün XİN-dən uzaqlaşdırılması məsələsinə bir kəlmə ilə də olsa toxunmadı. Bir faktı da qeyd edək ki, Paşa Məmmədov ABŞ-ın Azərbaycandakı sabiq səfiri Eskuderonun oğlu ilə bacanaq olub.  İddialı namizədin YAP-ın açıqladığı siyaıdan sonra bildirdiyi fikirlərə diqqət edək. Görün, Paşa Məmmədov nə yazır?

“Azərbaycan Respublikası V çağırış parlament seçkilərində iştirak edəcək namizədlərin adları açıqlanmağa başlayıb. Müstəqillik əldə edəndən indiyədək seçim barierini asanlıqla keçən hakim Yeni Azərbaycan Partiyası V çağırış parlament seçkilərinə öz namizədlərinin adlarını açıqlayıb. Xalqın böyük inamına malik olan YAP və onun lideri İlham Əliyevi bütün Azərbaycan dəstəkləyir. Xüsusən də gənclərə imkanlar yaradan Azərbaycan Prezidenti noyabrda keçiriləcək parlament seçkilərinə öz gənc və perespektivli namizədlərini irəli sürüb. Millət vəkili elə öz bacarığı və təcrübəsi ilə həmyerlilərinin qayğısına qalmalı, əhalinin içində olmalıdır. İstər ölkə daxili, istərsədə xaricdə diplomatik və içtimai-siyasi fəaliyyətim müddətində Azərbaycan dövlətinin və xalqının mənafeyini öz mənafeyimdən üstün tutmuşam. Yurdum olan Qax rayonundan uzaq qalmağıma baxmayaraq vətən sevgimi atdığım hər addımımda biruzə vermişəm. Azərbaycanda seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçiriləcəyinə inanaraq V çağırış parlament seçkilərində Qax rayonundan namizəd olaraq iştirak etmək qərarına gəldim. Sizlərə bəyan edir və inandırıram ki, namizəd kimi sizin etimadınızı qazanmaq məqsədilə mübarizəyə başlayır, iradənizin nümayişi üçün hər birinizin fəal olmasını arzu edirəm. Seçkilərdə məni dəstəkləyib seçki kampaniyamda və təbliğatımda istirak etmək istəyən hər kəsi Qax rayonunda olan qərargahıma dəvət edir və istənilən suallarınızı cavablandırmağa və məsləhətlərinizi dinləməyə hazır olduğumu bildirirəm. Bir qaxlı kimi, mövqeyindən asılı olmayaraq hər bir qaxlının vəkili olmaq mənim üçün şərəfdir”.

Qeyd edək ki, Paşa Məmmədov YAP üzvü deyil və məntiqlə o, YAP-ın irəli sürdüyü namizədlə mübarizə aparmalıdır. Maraqlıdır ki, o, fikirlərində özünü yox, YAP-ı tərifləyir. Bizim üçün aydın olmadı, Paşa bəy seçkidə YAP-ı dəstəkləmək istəyirdisə, onda niyə öz namizədliyini irəli sürdü?

Qaxdan deputat seçilmək şansı daha yüksək qiymətləndirilən Əhməd Şahidov isə maraqlı kampaniya aparır. O, bu arda xarici ölkələrə səfərlər edir, dövlət başçıları və digər nüfuzlu şəxslərlə keçirdiyi görüşlərin fotolarını paylaşır. Biz başa düşmürük, Əhməd Şahidova səsi qaxlılar verəcək, yoxsa səfər etdiyi ölkələrin vətəndaşları?

Yəqin ki, bu günlərdə orataya çıxacaq üçüncü bir güclü namizəd bu gəncləri yeni takikalara əl atmağa vadar edəcək və onlar stillərinə, imiclərinə daha yüksək diqqət yetirməli olacaqlar…

Rövşən ƏLİ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın