Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Qaxda kütləvi dələduzluğa məruz qalanlar “AZİNFORUM”a  danışır: “Deputatımız Azər Kərimli etdiyimiz şikayətə reaksiya vermədi” – VİDEO

Qaxda kütləvi dələduzluğa məruz qalanlar “AZİNFORUM”a  danışır: “Deputatımız Azər Kərimli etdiyimiz şikayətə reaksiya vermədi” – VİDEO

“Biz hakim Kişibəyov Atabəy Böyükişi oğlunun verdiyi qərarı ədalətli saymırıq”

Bir neçə gündür ki,  ölkə mediasında Qax rayonu Cəlayir kəndinin 40-a yaxın sakininə qarşı edilən dələduzluq əməlindən bəhs olunur. Yayılan məlumatlarda bildirilir ki, Qax rayonu Su İdarəsinin mühəndisi Nəzir Mustafayevin qızı Sona Əmrahlı Qax rayonu Cəlayir kəndinin 40-a yaxın sakinini aldadaraq, onların adına müxtəlif vaxtlarda banklardan kreditlər götürüb və indiyə kimi də ödəməyib.

Ötən gün bir sıra saytlarda Qax rayonunda kütləvi dələduzluq faktı ilə bağlı xəbərlər və zərərçəkmişlərin video müraciəti yayımlanıb. Həmin videolardan görünür ki, Qax rayonu Cəlayir kəndinin 40-a yaxın sakini aldandıqlarını bildirərək, ölkə başçısına müraciət edirlər.
Hər dəfə müxtəlif bəhanələrlə – gah yoldaşının səhhətindəki problemlər, gah atasının iş yerindəki çətinliklər, gah da şəxsi ehtiyacları adıyla 40-a yaxın kənd sakinini aldadan Sona Əmrahlı onları banklara müraciət etməyə və kredit götürməyə sövq edib. Kredit vəsaitlərini mənimsəyən Sona Əmrahlı atasının adını verərək, hər dəfə sakinləri aldadıb və bir müddət İmişli rayonunda gizlənib. Banklar isə kredit götürən yaşlı insanların pensiya kartından hər ay mütəmadi olaraq, kredit faizlərini çıxır. Onsuz da çətin sosial şərtlər altında yaşayan kənd təqaüdçüləri hər ay pensiyalarının 50 faiz qisminin tutulmasına və dələduz xanımın azadlıqda qalmasına etiraz ediblər.

Davamlı şikayətlərdən sonra 02 Fevral 2017-ci il tarixində Qax Rayon Məhkəməsində Əmrahlı Sona Nəzir qızı barədə üç aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra  Nəzir Mustafayev məhkəmə instansiyalarına təzyiqlər etməyə başlayıb, hətta Qax rayon İcra Hakimiyyətinin adından istifadə edərək, qızı barədə seçilmiş məhkəmə qərarını dəyişdirməyə nail olub. Belə ki, 10 Mart tarixində yenidən məhkəmə prosesi keçirilib və Əmrahlı Sona Nəzir qızı ev dustaqlığına buraxılıb. Maraqlısı da odur ki, 40-a yaxın zərərçəkmiş sakinin etirazlarına baxmayaraq, onların adından saxta ərizə hazırlanıb və guya “şikayətçilər Sona Əmrahlının ev dustaqlığına buraxılmasına etiraz etmirlər” səbəbi ilə həmin qadın barədə yüngül cəza növü seçilib.
Sona Əmrahlının rayon səviyyəsində ciddi şəkildə himayə olunmasının pərdə arxası məqamları da maraqlıdır. Belə ki, Sona Əmrahlı Qax sakinlərinin üst-üstə 57 min manatını mənimsəyib. Və hazırda həmin vəsait faizlərlə birlikdə 100 min manatı keçib.

 

https://www.youtube.com/watch?v=qGYY5gimfVQ

Azinforum.az məsələyə tam aydınlıq gətirmək üçün, bu cinayət işi üzrə zərərçəkən kimi tanınanlardan biri, Qax rayon sakini Xanım Təsilova ilə əlaqə saxlayıb. Həmin şəxs saytımıza anoloji hadisənin baş verdiyini təsdiqlədi və bildirdi ki, Sona bu cinayəti atasının adını hallandıraraq  edib:

“Buradan da belə nəticəyə gəlirik ki, atasının bütün bu proseslərdən məlumatı olub. Həmin qız 2013-2015-ci illər ərzində çoxlu sayda adamı aldadıb. Şəxsən  məni birinci dəfə atasının adına götürdüyü kreditə zamin qoydu. Camaatı aldadan bu xanım əvvvəllər peşə məktəbində işləyib. Orda da bir neçə iş yoldaşını aldadıb. Əvvəl bizim şikayətimiz əsasında onu həbs etdilər. Apelliyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Sonra iş yenidən Qax Məhkəməsinə qaytarıldı. Martın 2-sində bizi aldadanın barəsində təyin edilmiş cəza ev dustlaqlığı ilə əvəz olundu. Çox təəssüf edirik ki, Qax Məhkəməsi zərərçəkənlərin rəyini nəzərə almadan belə qərar qəbul edib. Biz hakim Kişibəyov Atabəy  Böyükişi oğlunun  verdiyi qərarı ədalətli saymırıq və bununla bağlı kifayət qədər şübhələrimiz var.  Rayonda bu ailəni himayə edən qüvvələr var. Qax Rayon İcra Hakimiyyəti də dolayı yolla bu ailəyə dəstək verir. Vaxtilə onun atası rayon İcra Hakimiyyətində çalışıb. Çox təəssüf edirik ki, işin ilkin etapında bizim şikayətlərimizə baxılmadı. Hətta biz rayonumuzdan seçilən millət vəkili Azər Kərimliyə də müraciət etdik, lakin o, bu məsələyə heç bir reaksiya vermədi.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhməzadyə də müraciət etmişik. Məndə olan məlumata görə, Əhməd Əhmədzadə Su İdarəsində çalışan Nəzir Mustafayevə  göstəriş verib ki, məsələ tezliklə yoluna qoysun. Ancaq onlar yenə də öz bildiklərini edirlər ki, aldatdıqları adamların pullarını qaytarmasınlar”.

Çinarə Seyidova

Azinforum.az

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın