Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / “Qatıqlama…” – Təranədən “mən də varam” mesajı

“Qatıqlama…” – Təranədən “mən də varam” mesajı

 “Maşın” realiti şousunda yeni qalmaqal meydana gəlib. “Qafqazinfo” xəbər verir ki, proqramın ötən gün yayımlanan buraxılışının əsas qəhrəmanları Təranə Qumral və Sərxan Kərəmoğlu olub. 

Tamaşaçı səsverməsinə çıxan Vüqar Vüqarlı oyundan Sərxanı uzaqlaşdıracağını söyləyib. Lakin, şou zamanı T. Qumral Sərxanı ikiüzlülükdə ittiham edib:

“Burada mən hər şeyi başa düşürəm. Günorta yemək yeyəndə Sərxan dedi ki, mən istəyirəm dostlarımdan olan ya Aqil, ya da Təranə məni çıxarsın. İndi də deyir ki, dayan, mən evə gedim. Gör səni necə çıxaracam? Bu gün ya Vüqar Sərxanı çıxaracaq, ya da mən onu sabah oyundan uzaqlaşdıracam. Mənim Sərxanla şəxsi qərəzliyim yoxdur”.

Sərxan isə onun ittihamına sərt cavab verib: “Təranə Qumral, biz danışdıq ki,  onunla yarışsam daha maraqlı olacaq. Təranə xanımın başına ona görə çox hadisələr gəlir. Günəşi qayğanaq kimi görür. Mən nə barədə demişəm, o nə barədə düşünüb”.

Müğənni isə aktyorun bu cavabına əsəbiləşib: “Sözlərini özünə saxla, başıma heç bir hadisə gəlməyib.  Burda dimdik ayaqdayam. Həyatı qayğanaq görən sənsən. Orada qatıqlama”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın