Ana səhifə / Qatar biletləri ucuzlaşdı- Açıqlama+Video

Qatar biletləri ucuzlaşdı- Açıqlama+Video

Moskva, Xarkov və Tbilisiyə getməyə hazırlaşanlara şad xəbər var.

3 şəhərə gedən qatarların biletləri ucuzlaşıb. Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarında gediş haqqı tarifləri aşağı salınıb. bu yaxinlarda isə bu tendensiya gürcüstana gedən qatarlarda da müşahidə olunacaq.

Əvvəllər 217 manat 31 qəpiyə başa gələn Bakıdan Moskvaya kupe vaqonda səyahət artıq 141 manat 44 qəpikdir.

Bakı-Xarkov sərnişin qatarına da biletlərin qiyməti 176 manat 20 qəpikdən, 114 manat 53 qəpiyə düşüb.

Beynəlxalq sərnişin daşımalarında artım Rusiya, Ukrayna və Gürcüstanda milli valyutanın dəyərinin itirməsinə görə baş vermişdi. Aparılan danışıqlar nəticəsində tariflərin 35 faiz aşağı salınmasına qərar verilib.

Mart ayından etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Hər iki istiqamət üzrə isə tariflərin bərabərləşdirilməsi üzrə razılaşma əldə olunub. SV vaqon üzrə Bakıdan-Tiblisiyə bir nəfər üçün gediş haqqının qiyməti 51 manatdır.

Xəzər Xəbər
 

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın