Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “Qartal 30” alayının döyüşçüsü Qarabağda məhv edilib

“Qartal 30” alayının döyüşçüsü Qarabağda məhv edilib

Erməni könüllülərindən ibarət “Qartal 30” adlı xüsusi alayın üzvü olmuş döyüşçü ötən gün qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, 90-cı illərdə Azərbaycanın işğal olunmuş torpaqlarında döyüşmüş Vahan Ohanyan Aprel müharibəsində də könüllü kimi ordu sıralarına yazılıb.

Qarabağda məhv edilən qoca könüllünün yaxınları yerli mətbuata deyiblər k, o, oktyabrın 8-də döyüşlərə qatılıb. Ağır yaralanan Ohanyanla bərabər bir neçə könüllü və hərbçinin də öldüyü bildirilir.

Qeyd edək ki, Ohanyan hərbçilərimiz tərəfindən məhv edilmiş yeganə erməni könüllü deyil. Son günlər erməni mətbuatı daha çox idmançı, aktyor və digər könüllülərin döyüş meydanında ölüm xəbərlərini yaymağa başlayıb. Azvision.az

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …