Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Qarlı havada işıq dirəyinə çıxan “Azərişıq” işçisi – FOTO

Qarlı havada işıq dirəyinə çıxan “Azərişıq” işçisi – FOTO

..Bu gördüyünüz kadrlar Lerik rayonunda çəkilib. Son günlər hava şəraitinin kəskin pisləşməsi nəticəsində digər dağlıq bölgələrdə olduğu kimi Lerik rayonunda da qar yağıb. Hər dəfə olduğu kimi bu dəfə də “Azərişıq” ASC kəskin hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir.

Unikal.org xəbər verir ki, gücləndirilmiş rejim ifadəsi bir çoxlarına adi görünə bilər, amma Lerikdə çəkilmiş kadrlardan da göründüyü kimi ,ölkənin elektrik təchizatı operatorunun əməkaşlarının gücləndirilmiş rejimdə işi deyəndə qarda-çovğunda, güclü küləyə və ya leysan yağışlara baxmayaraq abonentlərin elektriklə fasiləsiz təchizatını təmin etmək, hava şəraitinə görə yaranan qəzaları operativ aradan qaldırmaq üçün fədakarcasına xidmət başa düşülür.

Lerikdə də belədir. Kadrlardan göründüyü kimi yağan qar hava xətlərinin üstündə toplanıb, nəticədə bəzi yerlərdə elektrik xətləri qırılıb.

Şəbəkədə son illərdə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma işləri görülsə də belə qəzaları tam istisna etmək də mümkün deyil, xətlər, dayaqlar yeni olsa da güclü qar, yaxud külək belə qəzaları qaçılmaz edir.

Lakin kadrlardan görünür ki, “Azərişıq” ASC-nin əməkdaşları hava şəraitinin yaxşılaşmasını gözləmədən baş vermiş qəzaları operativ aradan qaldırırlar.

Çünki regional elektrik təchizatı və satışı şəbəkəsində gücləndirilmiş iş rejimi ilə bağlı əməkdaşlar, lazım olan materiallar səfərbər olunub. Əməkdaşlar isə gecə-gündüz, qar-şaxta demədən belə qəzaları mümkün qədər tez aradan qaldırmağa hazırdır…

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …