Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Aktual / Qaregin Nijdenin Xocavənddəki abidəsi söküləcək

Qaregin Nijdenin Xocavənddəki abidəsi söküləcək

Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Qaregin Nijdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsi söküləcək.

“ Azinforum.az ” “Vestnikkavkaza.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Babacanyan açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Rusiya ilə Nijdenin abidəsinin Xocavənd ərazisindən çıxarılması üçün danışıqlar aparır. O qeyd edib ki, bu məsələ Ermənistan Xarici İşlər Nazirliyinin bu gün öz xalqının mənafeyi naminə müstəqil xarici siyasət apara bilmədiyini göstərir, buna görə də bu məsələ parlamentdə müzakirə olunacaq.

Xatırladaq ki, hazırda abidənin yerləşdiyi Xocavənd qanuni olaraq dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il 9 noyabr tarixində imzaladıqları müqaviləyə əsasən, hazırda ərazidə etnik qarşıdurmaya səbəb ola biləcək hər hansı bir təxribatın qarşısını almaq üçün Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan əlavə, Ermənistan parlamentinin başqa bir suveren dövlətin ərazisində abidə qoyulması barədə müzakirə aparmaq və qərar qəbul etmək hüququ yoxdur. Beləliklə, Ermənistan parlamentində Azərbaycan ərazisində yerləşən abidənin sökülməsinin mümkün müzakirəsi əslində bölgədəki gərginliyi artırmaq cəhdidir və 9 noyabrda imzalanan razılaşmaya əsasən sülhü təmin etmək üçün bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarının da işinə maneələr yaradır.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaz”ın müxbirinə verdiyi müsahibəsində bildirib ki, erməni millətçilərinin nasist kollaborasionisti Nijdeni qəhraman donuna bürüməsi Rusiya tərəfdən olduqca sərt mövqe ilə qarşılanıb.

“İndi görürük ki, Rusiya faşist cinayətkarlarının təriflənməsinin qəbuledilməzliyi barədə açıq, birmənalı mövqe tutub. Rusiya Müdafiə Nazirliyi dəfələrlə Nijdenin nasistlərlə fəal əməkdaşlıq etdiyi və Qırmızı Ordunun arxa cəbhəsinə göndərilmək üçün diversantlar yetişdirdiyini bildirib. Rusiya XİN isə dəfələrlə Nijde kimi nasist cinayətkarların tərif edilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq etmişdi”,- deyə Markov qeyd edib.

Rusiyalı hərbi ekspert,  “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında nasist əlaltısı Qaregin Nijdeyə abidə qoyulması Rusiya və anti-Hitler koalisiyasının bütün ölkələrinin üzünə tüpürməkdir. 

“Qaregin Nijde – nasist əlaltısı, almanların Sovet İttifaqı ərazisində, o cümlədən Qırmızı Ordunun arxa cəbhəsinə dinc sovet insanlarına qarşı terror və təxribat törətmək üçün terrorçu qrupların hazırlanmasına və göndərilməsinə kömək etmiş və Sovet hərbi tribunalı tərəfindən mühakimə olunmuş bir hərbi cinayətkardır. Bu abidə dərhal postamentlə birlikdə buldozerlə sökülməlidir. Bu hadisə Ermənistanın nüfuzuna və imicinə biabırçı ləkədir”,- deyə Korotçenko qeyd edib.

Həmçinin oxuyun

Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi – TƏHSİLDƏ VƏRƏSƏLİK

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) …