Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Qardaş, bura həbsxanadır, nə qədər dözmək olar axı? Bunlar bizi qul sayır…”

“Qardaş, bura həbsxanadır, nə qədər dözmək olar axı? Bunlar bizi qul sayır…”

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yerli güc strukturlarının özbaşınalıqlarına, hərbi-polis rejiminə etiraz olaraq ötən həftə sonu başlayan etiraz aksiyaları dayandırılıb. Virtualaz.org xəbər verir ki, bu Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətindən və qondarma “DQR hakimiyyətinin” etirazlara səbəb olmuş hadisəyə görə günahkar olanların hamısını cəzalandıracaqları barədə vədindən sonra baş verib.

Epress.am saytı ötən gün Xankəndində keçirilmiş mitinqdəki çıxışlardan bəzi fraqmentləri yayıb. Çıxış edənlər Dağlıq Qarabağda hökm sürən hərbi-polis rejimindən, bir qrup adamın talançılıqla varlanmasından və sadə ermənilərin “it günündə yaşamasından” danışıblar. Çıxış edənlərdən biri Qarabağı “sərbəst məskunlaşma rejimli həbsxana” adlandırıb. Çıxışlardan sitatlar:

-Biz ədalət tələb edirik. Əgər bu gün bütün güc strukturları istefa verməsə onlar əsl sifətlərini göstərmiş olacaqlar. Biz güc tətbiq edən deyilik, əllərimizi qaldırıb təslim olmağa hazırıq. Əgər istəyirlərsə qoy gəlsinlər, biz əllərimizi qaldırıb onları gözləyəcəyik.

-Biz bir sadə səbəbə görə bura toplaşmışıq: ədalət tələb etmək üçün. Onlardan soruşanda deyirlər ki, hər şey yaxşı olacaq. Qardaş, hər şey sizin üçün yaxşıdır, xalq üçün deyil. Siz yəqin xatırlayırsınız, sovet dövründə elə ailə yox idi ki, bankda əmanəti olmasın. İndi tərsinədir: elə ailə yoxdur ki, banklara borcu olmasın. Bu necə baş verib? Nə yaxşı olacaq, bir halda ki, Qarabağ boşalır? Hər şey 7-8 nəfər üçün yaxşıdır. Sanki müharibəni onlar udublar. Qardaş, mən müharibədə qalib gəlmişəm, rota komandiri olmuşam, iki dəfə yaralanmışam. Nə deməkdir “hər şey yaxşı olacaq”? Yaxşı olsaydı xalq borc içində olmazdı, hər il dəniz sahilində dincələrdi, üzünü səliqə ilə qırxardı, şənlənərdi. Yaxşı olmaq bax budur.

-Son 20 ildə bunların siyasəti çox primitiv formula əsaslanıb: bizim hakimiyyət xalqı düşmənlə qorxudur, qalib gəlmiş xalqı qorxudur, deyir baxın, türk (azərbaycanlılar nəzərdə tutulur) buna nə deyər və ya nə edər? Və bu yolla onlar ciblərini doldururlar. Gördük də türklər fəallaşanda sadə fəhlə sinfi özünü necə aparır, məmurlar necə aparır: fəhlə sinfi aşağıya, cəbhə xəttinə, ciplər –Yerevana. Situasiya qaydaya düşəndə onlar qayıdırlar və öz yerlərini tuturlar, “loxlar” isə, mən bu ifadəyə görə üzrə istəyirəm, özümü də belələrindən hesab edirəm, əvvəlki kimi onlara hamballıq edirlər. Sanki biz bunların qullarıyıq. “Siz birdən səsinizi çıxararsız a, biz burada öz soyğunçuluğumuzla məşğul olacağıq, səsinizi çıxarsanız daha betər olacaq”.

-Qarabağda iki seçim var: pis və çox pis. Heç bir söz azadlığı yoxdur. Deyirlər azad ölkə qururuq. Heç bir azad ölkə qurmayıblar. Bu daha çox sərbəst məskunlaşma rejimli həbs düşərgəsinə oxşayır. Və üstəlik bunu hüquqi dövlət adlandırırlar…nə hüquqi dövlət, bu əsl polis rejimidir…

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …