Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Aktual / QARADAĞIN İCRA BAŞÇISI SÜLEYMAN MİKAYILOV NAXÇIVANDA OLUB – VİDEO+FOTO

QARADAĞIN İCRA BAŞÇISI SÜLEYMAN MİKAYILOV NAXÇIVANDA OLUB – VİDEO+FOTO

Məlum olduğu kimi, bu günlərdə Naxçıvanda  “Heydər Əliyev kuboku-2017” yeniyetmələr arasında 15-ci beynəlxalq boks turniri keçirilib.

 İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmaların nəticələrinə əsasən 13 çəki dərəcəsi üzrə qaliblər bəlli olub. Azərbaycan komandasının 8 təmsilçisindən 4-ü rinqdən qələbə ilə ayrılıb. Belə ki, Maqsud Xasmətov, Rüfət Fətullayev, Elşən Cəbizadə və Rüfət Nəbiyev rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər. Ölkəmizi təmsil edən ikinci heyət – Naxçıvan komandasına gəlincə onlar turniri 4 medalla tamamlayıblar. 63 kq çəki dərəcəsindəki təmsilçimiz İbrahim Cəfərzadə yalnız finalda məğlub olaraq gümüş medala yiyələnib. O, eyni zamanda turnirin ən yaxşı boksçusu adına layiq görülüb. Yuris Allahverdiyev, Əhməd Rzayev və Kənan Şəfiyev isə öz çəki kateqoriyaları üzrə bürünc medallara sahib çıxıblar.

Ümumilikdə 4 qızıl, 4 gümüş və 7 bürünc medalla Azərbaycan komandası turniri 1-ci sırada tamamlayıb. Aktivində 4 qızıl və 5 bürünc medal olan Qazaxıstan ikinci, Özbəkistan isə 3 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü olub.

Sonda idmançılara diplom və medallar, komandalara isə kuboklar təqdim olunub. Qalib boksçuları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev, muxtar respublika boks federasiyasının sədri Məhərrəm Talıbov və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov təltif edib.

Xatırladaq ki, turnirdə Azərbaycanla yanaşı, 9 ölkədən ümumilikdə 100-dən çox boksçu iştirak edirdi.

Azinforum.az turnirin final görüşləri və mükafatlandırılma mərasimindən hazırlanmış videomatiralı təqdim edir:

Çinarə SEYİDOVA

Azinforum.az

https://www.youtube.com/watch?time_continue=89&v=IsVOfDArSR8

Həmçinin oxuyun

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular

“Əvvəlki illərlə müqayisədə bu il müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanı mərhələsində namizədlərin nəticələrinin …

Bir cavab yazın