Azinforum.az Qol.az-a istinadən xəbər verir ki, matçı Mete Kalkavanın rəhbərlik etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Esat Sancaktar və Erdem Bayik, dördüncü hakim Xəlil Umut Meler olacaq.

Matçın UEFA nümayəndəsi ingilis Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov təyin edilib.

Xatıradaq, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də saat 21:00-da başlayacaq. Bu komandaların cavab görüşü iyulun 18-də Tiflisdə keçiriləcək.