Cümə , Noyabr 27 2020
Ana səhifə / “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri xal yığır

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri xal yığır

Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

Ağdam klubunun sentyabrın 12-də qrup mərhələsinin oyunu çərçivəsində Londonda qonağı olacağı “Çelsi” kollektivi İngiltərə Premyer Liqasında “Lester”lə qarşılaşıb. “Çelsi” 2:1 hesabı ilə səfərdə rəqibinə qalib gələrək aktivinə üç xal əlavə edib. Hazırda dörd oyundan sonra doqquz xal toplayan “Çelsi” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Azərbaycan çempionunun qrup mərhələsindəki digər rəqibinin – İspaniyanın “Atletiko Madrid” komandasının səfərdə “Valensiya” ilə görüşü heç-heçə yekunlaşıb. Üç oyundan sonra beş xala malik “Atletiko Madrid” İspaniya La Liqasında beşinci sırada qərarlaşıb.

“Qarabağ” klubunun qrup mərhələsində öz meydanında sentyabrın 27-də Bakıda qarşılaşacağı İtaliyanın “Roma” komandasının “Sampdoriya” ilə səfər matçı isə əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixə təxirə salınıb. Hazırda iki oyundan sonra üç xala malik “Roma” İtaliya çempionatında 10-cu yerdədir.

Həmçinin oxuyun

Ağsunun icra başçısı vəfat etdi

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib. Azinforum.az xəbər verir ki, …

Bir cavab yazın