Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Qarabağın Azərbaycanlı İcmasının sədrindən ermənilərə mesaj: “Düşmənçilik etmirik, birgə yaşamağa hazırıq”

Qarabağın Azərbaycanlı İcmasının sədrindən ermənilərə mesaj: “Düşmənçilik etmirik, birgə yaşamağa hazırıq”

“Biz erməni icması ilə konstruktiv danışıqlara hazırıq”.

Bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib:

O bildirib ki, Azərbaycanın işğal altındakı əraziləri boşaldılmalı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 80 min nəfər üzvü Dağlıq Qarabağa köçürülməlidir:

“Azərbaycanın ərazi bütövlüyü çərçivəsində biz orada Dağlıq Qarabağ erməniləri ilə birlikdə yaşamağa hazırıq. Çünki biz heç kimə düşmənçilik mövqeyi tutmuruq. Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Ata-babalarımızın qəbirlərini ziyarətdən məhrum olsaq da, düşmənçilik etmirik. Erməni icması başa düşməlidir ki, onların xoşbəxt yaşaması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər. Əgər onlar xoşbəxt gələcək istəyirlərsə, azərbaycanlların Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır. Biz geri qayıtmağa hazırıq”. 

T.Gəncəliyev deyib ki, ermənilər mütəmadi olaraq təmas xəttində təxribatlar törətməklə konstruktiv danışıqlara mane olmağa çalışır. Onun sözlərinə görə, Azərbaycan həmişə münaqişənin tənzimlənməsi üçün konstruktiv mövqe nümayiş etdirib və danışıqlara hazır olub: “Rəsmi Bakı təxribat xarakterli hərəkətləri pisləyib və qarşı tərəfi danışıqlara dəvət edib. Ermənilərin təxribat xarakterli hərəkətləri ilk dəfə deyil, bu hallar həmişə gözləniləndir”.

Trend

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …