Cümə , Dekabr 4 2020
Ana səhifə / “Qarabağ”ın Azərbaycan çempionatındakı oyunu təxirə salındı

“Qarabağ”ın Azərbaycan çempionatındakı oyunu təxirə salındı

Ağdamın “Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL Premyer Liqanın IV turunun “Səbail” – “Qarabağ” matçının 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilməsi haqqında qərar qəbul edib.

İndi Qurban Qurbanov və onun məşqçi qərargahı bütün diqqətlərini tamamilə sentyabrın 12-də Londonda “Çelsi”yə qarşı keçiriləcək matça hazırlığa yönəldə bilərlər. (Virtualaz.org)

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …

Bir cavab yazın