Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Qarabağdakı rejimin istefaya hazır olduğunu bəyanladı: Xankəndidəki aksiyalar dayandırıldı

Qarabağdakı rejimin istefaya hazır olduğunu bəyanladı: Xankəndidəki aksiyalar dayandırıldı

Ermənistanın işğalı altındakı Xankəndində şəhərində iyunun 1-dən etibarən keçirilən etiraz aksiyaları dayandırılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Dağlıq Qarabağdakı oyuncaq rejimin “ombudsman”ı Artak Beqlaryan da bu məlumatı təsdiqləyib. Qeyd edək ki, bir gün qabaq Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağdakı aksiya iştirakçılarına müraciət edəcək aksiyanı dərhal dayandırmağa çağırmışdı. A.Beqlaryan bildirib ki, həm separatçı rejimin başçısı Bako Saakyanla danışıqları, həm də Nikol Paşinyanın çağırışını nəzərə alan mitinqin koordinasiya mərkəzi etirazları dayandırmağa qərar verib. “İndiki məqamda bu, düzgün qərardır və bütün tərəflərin maraqlarına effektli şəkildə cavab verir”-Beqlaryan deyib. Bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri” Araik Arutyunyan mitinq iştirakçıları qarşısında çıxış edərək, onların tələblərini yerinə yetirməyə, hamılıqla istefaya getməyə hazır olduqlarını bəyan edib. “Bako Saakyan bildirdi ki, siz razı qalacaqsınız. Əgər narazı qalsanız, istefa verməyə də hazırdır. Əgər xalq istəyirsə, biz hamımız istefaya getməyə hazırıq”-separatçı deyib. Onu da vurğulayıb ki, mitinq komitəsinin tələblərinə əməl olunacaq.

Qeyd edək ki, Xankəndi şəhərində “təhlükəsizlik xidməti” əməkdaşlarının iki ermənini döyməsi nəticəsində fasiləsiz aksiyalar keçirilirdi. Etirazçılar güc strukturları başçılarının istefasını tələb edirdilər. Hətta bəzi fəallar girov vəziyyətdə yaşamaqdan bezdikləri üçün Bakıdan kömək istəyəcəklərini də demişdilər. Görünür, vəziyyətin nəzarətdən çıxacağını anlayan separatçı rejim geri çəkilməyə vadar olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …