Şənbə , İyul 4 2020
Ana səhifə / Aktual / Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT

Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT

Ermənistan Dağlıq Qarabağ ərazisində istehsal olunmuş çeşidli məhsulları Rusiya bazarlarına ixrac etməyə müvəffəq olur.

Modern.az xəbər verir ki, sonuncu belə hal Rusiyanın Tula şəhərində yerləşən “Selgros” marketlər şəbəkəsində qeydə alınıb. 

Marketin piştaxtalarında Dağlıq Qarabağda istehsal olunmuş “Artsax Frut” şirkətinin istehsal etdiyi çeşidli mürəbbələr satılır.

Qarabağdan Rusiyaya konservləşdirilmiş məhsullar, spitrli içkilər və meyvə-tərəvəz ixrac olunur. Rusiya ilə Ermənistan Avrasiya İttifaqının üzvü olduğu üçün onlar arasında gömrük yoxlamaları maksimum sadələşdirilib. Bunun hesabına işğal altındakı ərazilərdə istehsal olunan məhsullar Rusiya bazarlarına asanlıqla yol tapır.

Həmçinin oxuyun

Koronavirusdan ölən Etibar Babayevin ailəsi KARANTİNƏ ALINDI

Bu gecə koronavirusdan vəfat edən “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar …