Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Qarabağda Heydərabad şəhərinin salınması təşəbbüsü irəli sürüldü

Qarabağda Heydərabad şəhərinin salınması təşəbbüsü irəli sürüldü

Fizuli Hava Limanının ətrafında, Araz çayı boyunca Fizuli, Cəbrayıl, Beyləqan, Xocəvənd rayonları ərazisində, təqribən ilkin olaraq nəzərdə tutulmuş 2000-2500 kv km sahədə müasir dünya şəhərsalma standartlarına və tələblərinə uyğun beynəlxalq statusa malik, çoxmilyonluq Heydərabad şəhərinin layihəsinin reallaşması Azərbaycana yeni nəfəs verəcək. Mühüm strateji əhəmiyyət kəsb edəcəkdir.

Hələ SSRİ dövründə heş kəsə sir deyil ki, əsasən Azərbaycanın tarixi torpaqlarında məsgunlaşan haylar öz havadarları hesabına 1918-1920-ci ildə Zəngəzur mahalının bir nissəsini, Göyçə, Dərələyəz, İrəvan, Vedi mahallarını Ermənistana birləşdirməyə nail oldular. Hayasdan adlı bir dövlət qurdular. Bundan ruhlanan haylar uzun illərdir ki, Azərbaycana qarşı namərdcəsinə torpaq iddiası edirlər. Hətta dənizdən-dənizə xulyası ilə yaşayırlar. Bütün bunların fonunda isə öz havadarlarının dəstəyi ilə Azərbaycanın 20 faiz ərazisini işğal etdilər.

30 minə yaxın azərbaycanlını vəhşicəsinə öldürdülər. 50 min insan əlil oldu. Bir milyon nəfər soydaşımız öz dədə-baba torpaqlarından qovularaq məcburi köçkünə çevrildilər. Bir sözlə öz daşnaq ideyalarını, dənizdən- dənizə siyasətlərini havadarları sayəsində Azərbaycana qarşı soyqırım əməliyyatı həyata keçirməyə çalışdılar. Xocalı şəhərində soyqrıma nail oldular. 613 silahsız, dinc sakini, o, cümlədən 63 körpə uşaq, 106 qadın, 70 qoca daxil olmaqla amansız qəddarlıqla qətlə yetirdilər.

30 il ərzində sülh danışıqları aparılmasına və BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayaraq yenədə işğalçı siyasətlərindən əl çəkmədilər. Sülh danışıqları heç bir nəticə vermədi. Əksinə öz havadarları sayəsində Azərbaycanın ərazilərinə soxulmağa davam etdilər. Belə olan şəraitdə 27 sentiyabr 2020-ci il tarixdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı başladı. Ali Baş Komandan cənab İlham Əliyevin sucaəti, iradəsi və müzəffər ordumuzun, əsgər və zabitlərimizin igidliyi sayəsində erməni vandalliğına, 30 illik işğala cəmi 44 gün ərzində son qoyuldu, erməni ordusu darmadağın edildi. Ermənistanın siyasi hakimiyyəti kapitulyasiya aktına imza atmağa məcbur edildi.


Bütün bunlara baxmayaraq xain və məkirli erməni cəmiyyəti öz havadarlarına güvənərək məğlubiyyətləri ilə barışmaq istəmirlər. Yenidən güc toplayıb işğalçılıq siyasətlərini davam etdirəcəklərini açıq-aşkar ifadə edirlər.


O, səbəbdən də, Qarabağda Fizuli hava limanı yaxınlığında, Araz çayı boyunca çoxmilyonluq Heydərabad şəhərinin salınması, meqapolisin yaradılması, orada azad iqtisadi zonanın təşkil olunması, beynəlxalq statuslu şirkətlərin orada yerləşdirilməsi və onların sərbəst fəaliyyətinə şərait yaradılması, beynəlxalq şəhər statusunun verilməsi, xarici turizm, istehsal və sair məsələlərin öz həllini tapması ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdənlərin qeyri-şərtsiz susmalarına və çirkin siyasi oyunlarına son qoyulması məcburiyyəti yaradacaqdır.

Əlövsət Əliyev,
Azərbaycan jurnalistlər birliyinin üzvü

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …