Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Qarabağda erməni hərbçisi intihar edib

Qarabağda erməni hərbçisi intihar edib

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən erməni hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.

“Sputnik Armeniya” yazır ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o, ölüb. 19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.

*** 

10:04

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb. Bu barədə xəbəri “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Allahşükür Paşazadə niyə susur?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşülür Paşazadə bildirmişdi ki, Xamneyinin fətvası Qarabağın azad olunmasının əsas carçısı …