Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qarabağa Rusiyadan ordu generalı gəlib

Qarabağa Rusiyadan ordu generalı gəlib

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə səfər edib. Virtualaz.org Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, ordu generalı Bulqakov Xankəndində Rusiya sülhməramlıları üçün tikilmiş 250 yerlik növbəti şəhərciyin açılışında iştirak edib. O, jurnalistlərə bildirib ki, sülhməramlılar üçün mobil şəhərciklərin hamısı aprelin 5-nə qədər istifadəyə veriləcək. Aprelin sonuna qədər isə Dağlıq Qarabağda mobil hospital işə düşəcək.

“Bu gün biz 25 belə şəhərciyin təchizatını başa çatdırırıq, təhvil verilmə, istismar, lazım olan avadanlıqların quraşdırılması işi gedir. Aprelin 5-dən gec olmayaraq bütün şəhərciklər istismara veriləcək, yəni bizim sülhməramlıların hamısı şəraitlə təmin olunacaq”,-müdafiə nazirinin müavini bildirib.

Qeyd edək ki, Qarabağa 1960 nəfərdən ibarət Rusiya sülhməramlı kontingentinin yeridilməsi 10 noyabr üçtərəfli razılaşmasında əksini tapıb.

Bulqakov dəqiqləşdirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı əsasında Dağlıq Qarabağda mobil hospital da tikilir və orada xüsusi təyinatlı tibb dəstəsinin qüvvələri hesabına lazım olsa sülhməramlılara ixtisaslı tibbi yardım da göstəriləcək. Müdafiə nazirinin müavini mobil hospitalın quraşdırılmasının aprelin 5-7-dən gec olmayaraq başlayacağını, ayın sonuna qədər tamamlanacağını deyib.

“Aprelin sonuna qədər biz sülhməramlı qüvvələrimizin tam şəraitlə təmin olunmasını bütün istiqamətlərdə tamamlamağı nəzərdə tuturuq”,-rusiyalı general bildirib.

O, məlumat verib ki, 3 aydan da az müddətdə Dağlıq Qarabağda 12 blok-modul şəhərcik istifadəyə verilib.Bunlar Xankəndində, Qarakənddə, Xaçmaçda, Xocavənddə və Əsgəranda yerləşir. Yaxın günlərdə isə belə şəhərciklər Çartar, Laçın, Sus, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Zabux və digər yaşayış məntəqələrində hazır olacaq.

Şəhərciklərin yaradılması üçün 589 hərbi inşaatçı və 45 vahid texnika səfərbər olunub.

Virtualaz.org

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …