Şənbə , Aprel 20 2024
Ana səhifə / “Qarabağ” yeni tarix yazdı – VİDEO (Yenilənib)

“Qarabağ” yeni tarix yazdı – VİDEO (Yenilənib)

Ağdamın “Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxıb.

Ağdam klubu səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda, Miçel, Dino Ndlovu, Donald Qerye, Ansi Aqolli və Mahir Mədətov yer alıblar.
Tiraspol şəhərində “Şerif” stadionunda keçirilən oyunu İsraildən olan hakimlər briqadası idarə edib.

Azərbaycan çempionu səfərdə sərfəli nəticə əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın