Ana səhifə / Aktual / Qarabağ veteranından generala özəl ad günü təbriki

Qarabağ veteranından generala özəl ad günü təbriki

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, Prezidentin təhlükəsizlik İdarəsinin rəisi, general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.  Azinforum.az xəbər verir ki, general bu gün özünün 68 yaşını qeyd edir.

Həyatının uzun illərini Heydər və İlham Əliyevlər hakimiyyətinə xidmətdə keçirən Bəylər Eyyubov hər iki prezidentinin inandığı ən sadiq adamlardan sayılır.

General-polkovnik rütbəsini daşıyan Bəylər Eyyubov indiyədək Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bir çox mükafatlara və fəxri adlara layiq görülüb.

Bu əlamətdar gün münasibəti  ilə  Qarabağ müharibəsi veteranı Elbəyi Bağırov Azinforum.az vasitəsilə cənab generalı təbrik etməyi bizdən xahiş etdi :
“Bu gün elimizin dəyərli oğlu, ağsaqqalı Ulu Öndər Böyük Heydər Əliyevə, onun layiqli davamçısı İlham Əliyevə, Azərbaycanımıza sədaqətiylə, etibarıyla, Vətənə, Dövlətə dəyərli xidmətləriylə hər zaman seçilən general – polkovnik Bəylər Həsən oğlu Əyubov cənablarının doğum günüdür. Bu münasibətlə cənab general – polkovniki ürəkdən təbrik edir, Allahda ona uzun ömür, cansağlığı, işlərində tükənməz uğurlar arzu edirəm. Canınız sağ, uğurlarınız bol olsun İnşallah!”

b2
b3
b4
b5

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …