Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Qarabağ veteranı icra başçısının verdiyi torpaq sahəsinə “kupça” ala bilmir – ŞİKAYƏT…

Qarabağ veteranı icra başçısının verdiyi torpaq sahəsinə “kupça” ala bilmir – ŞİKAYƏT…

Cəlilabad rayon Muğan kənd sakini, ikinci qrup Qarabağ əlili Qürbətov Bəxtiyar Verxuda oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda Cəlilabad keçmiş icra başçısı, hazırda Yasamal rayonun icra başçısı təyin olunan Əziz Əzizovun ona Cəlilabadda verdiyi torpaq sahəsinə “kupça” ala bilmir. Aidiyyatı qurumlar ona bildirirlər ki, icra başçısı buranı ona satmaqla saxtakarlıq edib. 
B.Qürbətov olanları belə nəql edir:
“Mən Qürbətov Bəxtiyar Verxuda oğlu Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ailəliyəm iki qız övladım var. İkinci qrup Qarabağ əliliyəm. 168 manat təqaüd alıram. Qarabağ müharibəsində sol biləyimi və sağ əlimdən bir neçə barmağımı itirmişəm. Fiziki işlə məşğul ola bilmirəm. Qohum-əqrəbamın köməyi ilə kartof əkib dolanıram. 
“Buna görə də 2007-ci ildə Cəlilabad rayonun sabiq icra başçısı Əziz Əzizovun qəbulunda olub ondan mənə kommersiya məqsədilə torpaq verməsini xahiş etdim. Ə.Əzizovun göstərişindən sonra Muğan kənd bələdiyyəsinin keçmiş sədri Hakim Əhmədov mənə kəndin uşaq bağçasının ərazisindən 4 sot yarım torpaq verdi. Bunun üçün 180 manat ödəniş də etdim. Bələdiyyə tərəfindən torpağın mənə məxsus olmasıyla bağlı sənəd də verildi”.

B.Qürbətov deyir ki, torpağa “kupça” alıb yerində mağaza tikmək qərarına gələndə məlum olub ki, onu aldadıblar: “Bir müddət sonra torpağa “kupça” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Cəlilabad rayon ərazi şöbəsinin müdiri, hazırda icra başçısı Namiq Zeynalovun müavini təyin edilən Alıcı Dilavərovun qəbulunda oldum. A.Dilavərov bildirdi ki, ərazi dövlət əmlakı olduğu üçün topağa “kupça” verilə bilməz. Hətta bildirdi ki, buranı satmaq da olmaz, amma bunu satmaqla saxtakarlıq ediblər. Ona belə çıxır ki, Əziz Əzizov saxtakarlıq edib? Bəs necə olur bu gün uşaq bağçasının həyətində həyətyanı sahə alıb ev tikib yaşayan ailələr var. Bu günə kimi döymədiyim qapı, ağız açmadığım adam qalmayıb, amma torpağıma “kupça” verən yoxdur. Bir neçə il bağçada məxburi köçkünlər yaşasa da onlar şəhərciklərə köçdüyündən ərazi boşdur və bağçanın ərazisini almaq istəyən adamlar da peyda olub. Bəs onlar buranı necə alıb sənədləşdirəcəklər?!”  
 B.Qürbətov Əziz Əzizova səslənərək bu işə bir əncam çəkməsini istəyib:
Hörmətli Əziz müəllim, sizdən xahişim odur ki, mənim torpağıma “kupça” verilməsi üçün keçmiş kadrlarınıza müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Əgər həmin ərazidə mənə torpaq vermək mümkün deyilsə, dövlət torpağıdırsa, dövlətimin qanununa hörmətim var, məni başqa yerdə torpaq sahəsiylə təmin etsinlər. Əgər sabah mənim yerimi başqasına satıb, orda nəsə tikmək istəsələr, onda özümü həmin ərazidə yandıracam. Buna isə kim məsuliyyət daşıyacaq bilmirəm”. 

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …