Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / Qarabağ qazilərindən Xəlil Rzaya “daş atan” şairə sərt XƏBƏRDARLIQ

Qarabağ qazilərindən Xəlil Rzaya “daş atan” şairə sərt XƏBƏRDARLIQ

Qarabağ Qazilər Birliyinin nümayəndəsi Rey Kərimoğlu gənc şair Kəramət Böyükçölün Xəlil Rza Ulutürk haqqında səsləndirdiyi fikirləri hiddətlə qarşılayıb.
R.Kərimoğlu bildirib ki, illərdir söz azadlığıdır deyib mənəvi dəyərlərimizi, şəxsiyyətlərimizi aşağılayırlar!
O qeyd edib:
“Başa düşürük, haradan, kimdən, necə gəlir, onu da anlayırıq! Kəramət və onun kimi gənclər isə arada ona-buna söz atıb gündəmdə qalmaq, populyarlaşmaq üçün bundan istifadə edirlər. Amma ta Xəlil Rzanı – şəhid atasını hədəf seçmək, onu aşağılamaq…Bu, lap ağ oldu! Bu, yolverilməzdir! Həm də Kəramətin çox zərərli bir şəbəkənin təsiri altında olduğunu sezirəm – əxlaqsızlığı təbliğ edən, vətənə, vətənpərvərliyə nifrət edən, “torpağa görə adam öldürmərəm” deyib, əsgərlikdən qaçanlara, elə qaçmağa, erməniyə haqq qazandırmaq və sairə…Əslində Kəramətin Xəlil Rzanı hədəf götürməsi həm də bundan irəli gəlir – …Əkrəm kimi şərəfsizdən başlamış üzü bəri bunu yönlədənlər az deyil…
Vətəni sevərlər – ana kimi, bacı kimi, ata kimi, bala kimi! Və o sevdiklərinə qarşı təhlükə olanda önə çıxmalı müdafiə eləməlisən! Təəssübünü çəkməlisən! Bunun üçün vətən çağıranda əsgərliyə də getmək lazımdır. Yox sevmirsənsə, deməli xəstəsən! Xəstəsənsə müalicə olunmalısan! Özüyün ağlın kəsmir, böyüklərin aparıb müalicə etdirməlidir…
Əslində Qəşəm Nəcəfzadə övladına yaxşı tərbiyə verməyib, onu Əkrəmkimilərin təsiri altına düşməsinə şərait yaradıb. İndi də oğlunun əvəzinə üzr istəyir! Amma düz deyil! Kəramət özü etdiyi qəbahəti anlamalı və sonra üzr istəməlidir! Amma, ancaq və lakin Kəramət etdiyi qələti hələ qanmayıb, anlamayıb! Xəlil Rza şair kimi kiminsə xoşuna gəlməyə bilər, amma onu kimsə aşağılaya bilməz! Çünki Xəlil Rza şəhid atasıdır! Şəhid atasını ələ salmaq, lağ eləmək olmaz! Edənin anasını, bacısını, dədəsini də söyərlər! Çünki Şəhid dövlətin simvollarından biri qədər müqəddəs və toxunulmazdır! Gərək atan bunları sənə başa salaydı!
Qəşəm Nəcəfzadə, nə qədər gec deyil, oğlunu başa sal, anlat ki o da adam kimi çıxıb bütün şəhid analarından, atalarından üzr istəsin! Təbrizin xeyli döyüş yoldaşları narahatdır! Gözləyirlər! Sonra demə ki, Rey demədi!
P.S. Bilmirik Şəhidin haqqını yeyən yaramaz məmurlara cavab verək, yoxsa şair balasına?!”(Modern.az )

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …