Ana səhifə / “Qarabağ” – “Kopenhagen” matçı başladı – CANLI YAYIM

“Qarabağ” – “Kopenhagen” matçı başladı – CANLI YAYIM

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Turnirdəki təmsilçimiz “Qarabağ” “Kopenhagen” ilə qarşılaşır.

Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək.

Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla

Kopenhagen. “Parken” stadionu

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın