Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Qarabağ: komandir valideyinlərin əsgərlərə göndərdiyi Yeni il sovqatını pəncərədən tulladı

Qarabağ: komandir valideyinlərin əsgərlərə göndərdiyi Yeni il sovqatını pəncərədən tulladı

Qarabağda erməni işğalçı qüvvələrinin hərbi hissələrindən birində komandir valideyinlərin əsgərlərə göndərdiyi Yeni il sovqatını pəncərədən çölə tullayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazır.

Qondarma “dqr müdafiə nazirliyi” bildirib ki, həmin komandir “yersiz çılğınlıq etdiyinə görə” inzibati tənbehlə cəzalandırılıb.

Məlumatda deyilir ki, hərbi qulluqçuların sağlamlığı və hərbi xidmətin təhlükəsiz təşkili ilə bağlı əvvəlcədən tez xarab olan məhsullardan və spirtli içkilərdən ibarət sovqatların göndərilməsi qadağan edilmişdi. Lakin həmin hərbi hissənin komandiri əvvəlcədən etdiyi çoxsaylı xəbərdarlıqlara baxmayaraq aşkar edib ki, sovqatların içində alkaqollu içkilər və tez xarab olan ərzaqlar, o cümlədən vaxtı keçmiş ərzaqlar var. Komandir həmin ərzaqları lazımi qaydada məhv etmək əvəzinə pəncərədən tullayıb. Nəticədə o, tənbeh edilib.

Lakin hərbçilər deyirlər ki, komandir Yeni il sovqatlarının döyüş mövqelərinə aparılmaması üçün onları məhv edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …