Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Almaniyalı deputat

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Almaniyalı deputat

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinq erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq bəyanatla çıxış edib.

Azinforum.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, almaniyalı deputatlar bu kədərli xəbərdən təəssüf hissi keçiriblər.

Qeyd olunur ki, S. Quliyeva və nəvəsi bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar: “Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır”.

O. Quttinq tərəfləri dinc əhali arasında ölüm hallarına yönəlmiş hücumları dayandırmağa, atəşkəs rejiminə riayət eyməyə və sülh danışıqları aparmağa çağırıb. Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq: “Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması dinc əhali arasında ölüm hallarının qarşısını ala, sülh prosesinin inkişaf etməsinə zəmin yarada bilər”.

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …

Bir cavab yazın