Ana səhifə / “Qarabağ” 50 minlə razılaşmadı — Canlı yayım olmayacaq

“Qarabağ” 50 minlə razılaşmadı — Canlı yayım olmayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdı.

Apasport.az xəbər verir ki, buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdır.

Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, “Qarabağ” Tiraspoldakı cavab görüşünün ölkəmizdə yayımlanmasına çalışır. Ancaq moldovalılar bunun üçün 50 min avro tələb ediblər. Üstəlik, Moldovada HD yayım da yoxdur.

Bu məbləğlə razılaşmayan Azərbaycan çempionu qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışır. Lakin indiki məqamda heç bir razılıq əldə olunmayıb. Bir sözlə, demək olar ki, “Qarabağ” azarkeşləri matçı televiziya vasitəsilə izləyə bilməyəcəklər.

Qeyd edək ki, sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın