Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Qara kürünüzü çox sevirəm” – Fotolar

“Qara kürünüzü çox sevirəm” – Fotolar

Məşhur rusiyalı aşpaz və “Na nojax” verilişinin aparıcısı Konstantin İvlev “Moskva-Baku” saytına verdiyi müsahibədə Azərbaycan mətbəxinin özəlliyindən danışıb və ən sevimli Azərbaycan məhsulunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, İvlev jurnalistin “Siz müxtəlif dünya mətbəxləri ilə tanışsınız… Azərbaycan mətbəxində hansı özəlliyi qeyd edə bilərsiniz?” sualını belə cavablandırıb:

“Azərbaycan mətbəxi – müxtəlif Şərq mətbəxlərinin qarışığıdır. Bu, həm kabab, həm lülə, həm plov, dolma və bir çox başqa şeydir. Bu, dadlı birləşmədir. Azərbaycan mətbəxinin unikallığı ondan ibarətdir ki, o, digər Şərq mətbəxlərindən ən yaxşısını götürüb və onu belə zənginləşdirib”.

“Azərbaycan və rus mətbəxləri arasında ümumi nəsə varmı?” sualına gəlincə isə rusiyalı aşpaz bunları deyib:

“Əlbəttə var! Bizim mətbəxləri qonaqpərvərlik, eyni masa ətrafında toplaşmaq ruhu birləşdirir. Ruslar və azərbaycanlılar masaya həmişə nə qoyurlar? Hər şeyin ən yaxşısını və bir və ya iki qəlyanaltı ilə kifayətlənmirlər. Bu, rus və Azərbaycan mətbəxlərinin əsaslarından biridir – qonağa hörmət və qonaqpərvərlik”.

İvlev ən sevimli Azərbaycan məhsulunu da açıqlayıb:

“Mənə, SSRİ-də doğulan bir insan kimi, Sovet İttifaqının keçmiş ölkələri indiyədək yetərincə doğmadır. Mənim çoxmillətli biznesim var, restoranlarımda isə müxtəlif milliyətlərdən olan insanlar çalışır. Ona görə də mənim sevimli yeməklərim yoxdur. Amma mənim sevimli məhsullarım var – qara kürü və çiyələk. Qara kürünü ən sevimli Azərbaycan məhsuluna aid etmək olar”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …