Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Aktual / Qanun pozuntularına görə 16 həkim işdən çıxarıldı

Qanun pozuntularına görə 16 həkim işdən çıxarıldı

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.

Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

Həmçinin oxuyun

Döyüşçülər Füzuli əməliyyatından danışır

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüşlərdən biri də Füzuli əməliyyatı olub. Şəhərin …