Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qalmaqallı rəis müavini işdən çıxarıldı

Qalmaqallı rəis müavini işdən çıxarıldı

Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rövşən Quliyev vəzifəsindən çıxarılıb.

O, hazırda sərəncama götürülüb.

Qeyd edək ki, Rövşən Quliyev gündəmə 2 qardaşın polis şöbəsində döyülməsi haqda xəbərlə gəlmişdi. Bununla bağlı saytımıza müraciət edən qardaşlardan biri Rauf Əmənov iddia etmişdi ki, rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib: “Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …