Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qalmaqallı müsahibəsində Vahid Əhmədov nədən danışıb? – Video

Qalmaqallı müsahibəsində Vahid Əhmədov nədən danışıb? – Video

Xəbər verdiyimiz kimi, aprelin 16-də bloger Mehman Hüseynov deputat Vahid Əhmədovla müsahibəsini təqdim edib.
Ölkədəki sosial problemlər başda olmaqla bir çox mövzulardan danışılan müsahibə bu gün Milli Məclisin plenar iclasında müzakirələrə səbəb olub.
Belə ki, iclasda Vahid Əhmədovun verdiyi müsahibəyə görə İntizam Komissiyasında müzakirəyə çıxarılması təklif olunub. Milli Məclisin sədri Sahibə Qafarova isə məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılmasını tapşırıb.
Deputatlardan bəziləri isə Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.
V. Əhmədovun müzakirələrə səbəb olan müsahibəsini təqdim edirik:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …