Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / QALMAQALLI İŞ ADAMI  CEM SƏLCUQ ƏRSOYUN MAXİNASİYALARI – TƏFƏRRÜAT

QALMAQALLI İŞ ADAMI  CEM SƏLCUQ ƏRSOYUN MAXİNASİYALARI – TƏFƏRRÜAT

Azərbaycanın tranzit ölkə olması, buranın yeraltı və yerüstü sərvətlərinin zənginliyi xarici ölkə vətəndaşlarının – iş adamlarının daim diqqətini çəkib. Elə bu səbəbdəndir ki, müstəqilliyimizi qazandığımız ilk illərdən əcnəbi iş adamlarının ölkəmizə axını həddindən artıq çox olub. Bu siyahıda yetəri sayda işbazlar da az olmayıb. Özlərini dürüst iş adamı kimi təqdim edən bu şəxslərin iç üzü isə sonradan açılıb. Təəssüf ki, bu siyahıda Türkiyə vətəndaşlarının da adına rast gəlmək mümkündür. Azinforum.az diqqəti bu işbazlardan birinə yönəltmək istəyir.
Azərbaycanda Türkiyədən olan biznesmen cameəsi arasında kifayət qədər tanınan Cem Səlcuq Ərsoy.
Bu pafoslu ad ilk baxışdan bir şey deməsə də, Azərbaycandakı fəaliyyəti, maxinasiyaları, bunun sayəsində qazandığı pullar Ərsoyun “bacarığı”nın bariz nümunəsi sayıla bilər.

Cem Səlcuq Ərsoy Azərbaycana necə gəldi?

2000-ci illərin əvvəllərində Azərbaycanda mobil telefon bumu yaşanırdı. Ölkədə bu yeni texnologiyadan istifadə etmək istəyənlərin sayı günü-gündən artırdı. Ölkədə buna qədər “Bakcell” mobil operatoru fəaliyyət göstərsə də, artıq həmin dövrdə “Azercell” bu prosesə öncüllüyü ələ almağı bacarmışdı. Cem Ərsoyda bacarıqlı “iş adamı” kimi Azərbaycana gəlir və burada həmin illərdə dəbdə olan “Ericsson” mobil telefon şirkətinin ölkə nümayəndəliyində çalışır. “Azercell”-lə sıx əməkdaşlıq çərçivəsində çalışan adıçəkilən bu şirkət öz telefonlarını qeyd etdiyimiz operatorun vasitəsilə müştərilərə satırdı.

Bir müddət sonra isə, Ərsoy “Azercell”-in də səhimlərinin bir hissəsinə sahib İsveç və Finlandiya şirkəti olan “TeliaSonera”nın Qazaxıstanda işə başlayan Kcell mobil operator kompaniyasında işə düzəlir. Bu məsələdə ona dostu, həmin qurumun rəhbəri, Türkiyədə qanundan zidd əməllərdə adı hallanan Veysəl Aral yardımçı olur.
Qısa müddətdən sonra ,Veysəl Aralın Qazaxıstanda ciddi problemləri yaranır və maliyyə maxinasiyalarında hallanmağa başlayır. Dostu Veysəl Aralın ardınca Qazaxısatandan qovulan Cem Ərsoy Azərbaycana – Bakıya dönür. Burada köhnə iş birliyində olduğu şəxslərlə əlaqələri bərpa edir və “Piramida İnşaat” MMC adlı şirkət yaradır (direktoru Emin Tansi). Tez bir zamanda “Azercell”-in sifarişlərini əldə edən Ərsoy (Bu 2010-cu illərin əvvəlləridir- red) “Piramida İnşaat”ın Azərbaycanda fəaliyyətini genişləndirir. Hətta sifarişlərini yerinə yetirdiyi şirkətlər arasına Azərsu-da daxil olur.
Ərsoy bununla kifayətlənmir və Bakı Metropoliteninin tikinti işlərinə də “əl qoymağa” çalışır. Lakin ona bu şans verilmir.
İşləri qaydasında gedən Ərsoy “Piramida İnşaat” MMC ilə yanaşı daha iki şirkət təsis edir. “Mobasis” (direktoru Bülənt Karakus) və “Optikon” (direktoru Ruhid Çobanov). Yeri gəlmişkən, şirkətlərinin arasında rəhbəri azərbaycanlı olan yeganə “Optikon”dur.
“Azercell”-in rəhbərliyində baş verən dəyişilikdən sonra “Mobasis” və “Piramida”-ın işləri axsamağa başlayır. Özünə dövlət strukturlarında dayaq axtarmağa başlayan Ərsoyun bu cəhdləri baş tutmur.
Ciddi maliyyə maxinasiyalarına əl atan Ərsoy problemləri şirkətlərinin rəhbərlərinin üzərinə atmaq, çıxış yolunu onları güdaza verməkdə görür. Nəticədə ilk andaca “Optikon”un direktoru Ruhid Çobanovla aralarında ciddi problem yaranır. Hətta şəxslər arasındakı konflikt əlbəyaxa davaya qədər gəlib çıxır. İş məhkəmə instansiyalarına qədər uzanır. Lakin Cem Ərsoy “sehirbazlıq” edərək, Ruhidə ağsaqqal kimi təsir göstərə biləcək, Azərbaycanda nüfuz sahibi olan şəxs vasitsilə məhkəmə işini “tatlı”ya bağlamağı bacarır. Bununla da Cem Ərsoy növbəti problemdən xilas ola bilir.
Xatırladaq ki, Ərsoyun şirkətləri olan “Piramida İnşaat” MMC 2011-ci ildən faliyyət göstərir. Artıq 2015-ci ilin yanvarından işçilərin əməkhaqları verilmir. Şirkətlər yaranan gündən qurumların rəhbər şəxsləri Türkiyə vətəndaşlarıdır. Hətta mühasiblər belə türkiyəlidirlər. Azərbaycan vətəndaşlar isə bu şirkətlərdə yalnız fəhlə və ya kiçik icraçı işlərə qəbul olunublar. Özü də cüzi maşlarla. Digər xarici vətəndaşların məvacibləri isə 2000 manatdan başlayıb. Şirkət əməkdaşlarının sözlərinə görə, 10-12 saat işlədilən işçilərə buna görə əməkhaqqı da verilməyib. Bildirilir ki, “Azərsu” ilə də “Piramida” arasında sifarişi yerinə yetirmədiyinə görə ciddi probelm yaşanıb. “Azərsu” pulu ödəsə də nə sifariş yerinə yetirilib, nə də işçilər əmək haqqı almayıb.
Onun yaxın ətrafından verilən məlumata görə, Cem Ərsoyun Azərbaycanın vergi, gömrük qurumları və Miqrasiya Xidməti ilə ciddi problemləri yaşanıb. Ərsoy dəfələrlə qeydiyyatdan yayındıraraq, şirkətlərində əcnəbi vətəndaşları işlədib.
Şəffaf fəaliyyət göstərmədiyini bildiyindən Ərsoy ailə üzvlərini də Azərbaycanda saxlamır. Artıq neçə müddətdir ki, Cem Ərsoy ailəsinin təhlükəsizliyi üçün onları Fransaya göndərib. Artıq ailə üzvlərinin oturum qeydiyyatı da öz həllini tapıb. Bildirilir ki, bunun üçün Ərsoy Azərbaycanda qazandığı külli miqdarda puldan xərcləməli olub.
O Azərbaycanda zəngin həyat tərzi keçirir. Paytaxtın bahalı yaşayış məntəqəsi olan “Rosevilla”da və daha bir neçə yerdə evləri, bahalı avtomobilləri var.
Son vaxtlar isə Cem Ərsoyun Azərbaycanda fermer təsərrüfatı yaratdığına dair informasiyalar da var. Bununla bağlı növbəti yazımızda məlumat verəcəyik.

Sözügedən şəxslə bağlı vətəndaşı olduğu ölkə mediası da kifayət qədər ilginc faktlar açıqlayıb.
Həmin yazılarla aşağıdakı linklərdən  tanış ola bilərsiniz:
http://www.aksam.com.tr/ekonomi/telianin-avrasya-baskani-sulamadan-emekli-olmus/haber-168728http://www.aksam.com.tr/ekonomi/yolsuzluk-iddiasinin-iki-aktoru-istanbulda-ortak-sirket-kurmus–34650h/haber-34650http://www.haber3.com/turkcelli-de-boyle-mi-yoneteceklerdi-767389h.htmhttp://www.biznesinfo.az/observer/dossier/params/ln/az/article/98793

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

cem

                                                                     Cem Ərsoy

Rövşən ƏLİ,
Azinforum.az

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …

Bir cavab yazın