Trend-in məlumatına görə, U.Aküzüm “Facebook” səhifəsində yazıb: “Baba yurdumun komandası “Qarabağ Ağdam”la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm”.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Kopenhagen” komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.