Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Aktual / Qafanın bu kəndi Azərbaycanın nəzarətinə keçdi

Qafanın bu kəndi Azərbaycanın nəzarətinə keçdi

Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir.

Kənd Qafan hava limanından bir neçə yüz metr və Qafan şəhərindən təxminən 2 km məsafədədir.

Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.

Həmçinin oxuyun

Füzuli Təhsil şöbəsində nələr baş verir..? – Sən saydığını say, gör, Ramella Məmmədova nə sayır..?

Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu  dəyişə bilmir.. Təhsilimizin …