Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Aktual / Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir – Video

Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir – Video

Yanvarın 6-da Dövlət Sərhəd Xidməti Zəngilanın işğaldan azad edilmiş bölgələrinə media-tur təşkil edib.

Jurnalistlər Zəngilanın Ağkənd və Qazançı məntəqələrində olublar.

Ağkənd və Qazançı məntəqələri Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşir.

Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.

Sərhədçilərin xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun hücumu nəticəsində istehkamlar qısa müddətdə yarılaraq, düşmənin müqaviməti sındırılıb.

Həmçinin oxuyun

ƏƏSMN 11 və 14 yaşlı iki uşağın da əlillik təqaüdünü kəsdi: “O məmurların qarınları toxdur deyə acdan xəbərsizdirlər”

Laçın rayon qeydiyyatında olan Zərdab rayon Qaravəlli kəndində yaşayan Yusifova Gülnar Azər qızı Prezident İlham …