Şənbə , Aprel 20 2024
Ana səhifə / “Qadın bir şey istəyir” – Elzanın yeni şeiri

“Qadın bir şey istəyir” – Elzanın yeni şeiri

Azinforum.az musavat.com-a istinadən Elza Seyidcahanın “Qadın bir şey istəyir” şeirini təqdim edir.

Qadın bir şey istəyir
Bir şey
Deyim nə istəyir?
Bir şey istəyir.
Bir.
Pul istəmir
Mal istəmir.
İki şey istəmir
Bir şey istəyir o,
Bir şey.
Qabırğadır, qabırğa
O istəyir.
İstəyir o
Bir şey olsun.
Qabırğa olsun, qabırğa
Çox şey istəmir ki?
Qadın qadını başa düşür,
Kişi kişini başa düşür,
Kişi qadını başa düşmür?
Kişinin işi qadına düşür,
Qadının kişiyə işi düşmür?
Kişinin beli bükülür,
Qadının abırı tökülür
Abırdan betər sökülür
Onun istəyi bir şeydir
Bir şey!
Rəhm istəyir,
Fəhm istəyir,
Səhm istəmir,
Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın bir şey istəyir,
Bir şey.
Qabırğa olmaq istəyir
Qabırğa.
İstəyir o bir şey!

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın