Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / “Qaçqınkom”un yeni mətbuat katibi: “Hər şeyin yaxşı olması üçün çalışacam”

“Qaçqınkom”un yeni mətbuat katibi: “Hər şeyin yaxşı olması üçün çalışacam”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni kadr təyinatı olub.

Bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

 

Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib.

Moderator.az xəbər verir ki, İ.Mirzəyev Komitənin mətbuat katibi kimi ilk qısa açıqlamasını Modern.az-a verib. O, mətbuatla əlaqələrin qurulmasında hər şeyin yaxşı olması üçün çalışacağını bildirib.

 

Xatırladaq ki, prezident seçkilərindən sonra yeni hökumətin formalaşdırılarkən deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 

Təyinatdan sonra Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …